Nəsimi rayonunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.
Nəsimi rayonunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əziz, Ombudsman Aparatının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair publisist Azadə Novruzova, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Finlandiya Qadınlar Cəmiyyətinin sədri, Ali Attestasiya Komissiyasının Baş Katibi Arzu Oktay, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi və məktəbin pedaqoji kollektivi iştirak edib.
Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə 23 nömrəli tam orta məktəbin direktoru Nigar Hənifəyeva qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.
Çıxış edənlər - Xalq şairi Vahid Əziz, məktəbin tarix müəlliməsi Cəmilə Nəsirli, Finlandiya Qadınlar Cəmiyyətinin sədri, Ali Attestasiya Komissiyasının Baş Katibi Arzu Oktay və Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Heydər Əliyevlə bağlı maraqlı xatirələri tədbir iştirakçıları ilə bölüşmüşlər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib.
Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər.
Tədbirin sonunda xatirə şəkili çəkilib .