Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ictimai-iaşə obyeklərində aparılan monitorinqlər davam edir.

14 aprel 2022 | 10:37

Nəsimi rayonu ərazisində yaşayış binalarında (zirzəmi, 1-ci və s. mərtəbələrdə) qazdan  istifadə etməklə fəaliyyət göstərən iaşə və digər xidmət obyektlərində təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı monitorinqlərin keçirilməsinə başlanmışdır. Bu məqsədlə rayon İcra hakimiyyətinin sərəncamı ilə komissiya yaradılmışdır. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, RİHBA-nın məsul əməkdaşları, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Rayon Polis İdarəsinin, Azəriqaz İstehsalat Birliyinin Mərkəzi Xidmət Sahəsinin, Ərazi Dövlət Yanğın İdarəsinin, Rayon Elektrikşəbəkə və Sukanal İdarələrinin nümayəndələrindən ibarət komissiyanın tərkibi təsdiq edilmişdir.

Sərəncamla  tabeçiliyindən asılı olmayaraq balanssaxlayıcıların (MKİS, MTK, MMC və s.) nümayəndələrindən ibarət işçi qrupları təşkil edilərək monitorinqlərin aparılması, qəza riskləri müəyyən edildikdə çatışmamazlıqların aradan qaldırılmasının zəruriliyi barədə obyekt sahibinə (istifadəçisinə) xəbərdarlıq edilməsi, aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi, o cümlədən mayeləşdirilmiş qaz (propan) aşkar edildiyi təqdirdə  demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılması işlərinin aparılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Rayonun mərkəz hissəsində və digər ünvanlarda yerləşən ictimai-iaşə obyektlərində monitorinqlər keçirilmiş, real vəziyyət yerində öyrənilərək gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsi tədbirləri görülmüşdür.

Məsələ ciddi nəzarətdə saxlanılır və rayonun digər ərazilərində də monitorinq tədbirləri davam etdirilir.

Keçidlər