Nəsimi rayonunda ictimai-iaşə obyeklərində monitorinqlərə başlanılıb
Sərəncamla tabeçiliyindən asılı olmayaraq balanssaxlayıcıların (MKİS, MTK, MMC və s.) nümayəndələrindən ibarət işçi qrupları təşkil edilərək monitorinqlərin aparılması, qəza riskləri müəyyən edildikdə çatışmamazlıqların aradan qaldırılmasının zəruriliyi barədə obyekt sahibinə (istifadəçisinə) xəbərdarlıq edilməsi, aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi, o cümlədən mayeləşdirilmiş qaz (propan) aşkar edildiyi təqdirdə demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılması işlərinin aparılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Rayonun mərkəz hissəsində, xüsusilə 28 May, D.Əliyeva küçələrində, Azadlıq prospektində yerləşən ictimai-iaşə obyektlərində monitorinqlər keçirilmiş, real vəziyyət yerində öyrənilərək gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsi tədbirləri görülmüşdür.
Məsələ ciddi nəzarətdə saxlanılır və rayonun digər ərazilərində də monitorinq tədbirləri davam etdirilir.