Nəsimi rayonunda idarə, müəssisə və təşkilatların iştirakı ilə iməcilik keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Bakı şəhəri Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilib.
İməcilikdə rayonun ümumtəhsil və məktəbəqədər müəssisələrinin, habelə idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
İməciliyin keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığının bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir. İməcilik zamanı abad həyətlərdə təmizlik işləri aparılmış, prospekt və küçələrdə səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulularaq təmizlənmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri mərhələli şəkildə hər şənbə günü davam etdiriləcək.