Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda iftar süfrəsi təşkil edildi.

22 aprel 2022 | 10:53

 

            Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Niaqara şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilərinin, 20 Yanvar və Çernobıl əlillərinin və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir.

      İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. “Məşədi Dadaş”  məscidinin dini icmasının rəhbəri Hacı Şahin Həsənov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını  çatdrmışlar.

      Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.

      Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən  təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin  daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin  əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.

            Çıxışına davam edən Asif  Əsgərov qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan  övladların ruhları şaddır. 

            Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıdı.  Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.

            Hər zaman xalqımıza  qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edilik, eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin  kədərlərini də bölüşürük. Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edildi.

            Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər. 

Keçidlər