Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda iməcilik işləri aparılıb.

12 noyabr 2022 | 10:48

Bu gün Nəsimi rayonunda səhər saatlarından başlanan iməcilik zamanı royonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki və yol kənarlarında yağışdan sonra problemlərin aradan qaldırılması məqsədi ilə yağış suları axıdan kürəbəndlər təmizlənib. Eyni zamanda park və istirahət yerlərində yaşıllıqların, oturacaqların təmizlənməsi işləri həyata keçirilib.

Qeyd edək ki, iməcilikdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında da ümumi sanitar təmizlik işləri görülüb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər