Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda iməcilik keçirildi.

08 iyun 2024 | 11:02

Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmışdır.  Prospekt və küçələrdə yollar, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənmişdir. İməcilik zamanı parklarda abidələr yuyulmuş, ətrafda səliqə-səhman işləri aparılmışdır.

Eyni zamanda rayon ərazisində ticarət obyektlərinin vitrinləri yuyularaq, ümumi  sanitar-təmizlik işləri aparılmışdır.  

Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.

Keçidlər