Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda iməcilik keçirildi.

09 sentyabr 2023 | 10:47

Bakı şəhərində müxtəlif  tədbirlərin keçirilməsi ilə əlaqədar  çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların  kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi. İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənmiş, sanirat təmizlik işləri aparılmışdır.

Eyni zamanda hava şəraitinin dəyişməsi, yağıntılar zamanı qabaqlayıcı tədbirlərin görülməsi üçün  rayon ərazisində əsas küçə və prospektlərdə yağış kürəbəndləri yuyularaq təmizlənmişdir. 

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər