Nəsimi rayonunda iməclikdə yeni agaclar əkildi
Nəsimi rayonunda ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində növbəti silsilə ağacəkmə kampaniyası, iməclik keçirildi.
İməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak etmişlər.
İməclikdə 300-dən artıq piramida, şam, eldar şamı, giparis növlərində ağaclar əkilmişdir. Eyni zamanda 2000-dən çox ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Rayonnda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.