Nəsimi rayonunda İnsan hüquqları aylığı çərçivəsində növbəti tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunduğunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.
Bununla əlaqədar 18 may-18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyində İnsan hüquqları günü ilə əlaqədar növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi Nuru Əhmədov çıxış edərək tədbirin əhəmiyyətinin iştirakçıların nəzərinə çatdırıb.
Sonra Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini, professor İmamverdi Həmidov, Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hüseyn Əliyev ,Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və İctimai Şuranın katibi Gülnarə Hacıyeva ətraflı çıxışları ilə tədbirə yekun vurdular.