Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda İnsan hüquqları aylığı çərçivəsində silsilə tədbirlər davam edir.  

09 iyun 2023 | 12:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  2007-ci il 18 iyun tarixli sərəncamına əsasən hər il iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd olunur. Konfransın keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, hüquq mədəniyyətini inkişaf etdirmək və bu sahədə gənc nəsli maarifləndirməkdir.

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində İnsan vətəndaş hüquq və azadlıqları mövzusunda konfrans keçirilib.

Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar işlər şöbəsinin müdir müavini  Rauf İsgəndərov, Nəsimi Rayon İcra Hakimiyyəti aparatının böyük mütəxəssisi Sərxan Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Məmmədli ,“Azərbaycan Uşaqları“ İctimai birliyinin sədri Kəmalə Ağazadə və Hüquqşünaslar şirkəti MMC-nin məsləhətçisi Firavan Əlizadə iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı, vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova  açaraq bildirdi ki, uşaqlara öz hüquqlarını hər zaman müdafiə etməyin vacib olduğunu və tədbirdə iştirak edən qonaqlara öz dərin təşəkkürünü bildirdi .

Sonra  Nəsimi Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar işlər şöbəsinin müdir müavini Rauf İsgəndərov ölkəmizdə  uşaq hüquqları,  onların  hüquqlarının müdafiəsi və qorunması  barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. 

Sonra “Azərbaycan Uşaqları“ İctimai birliyinin sədri Kəmalə Ağazadə uşaqlara hüquqlarının öyrənmələrini və əməl etmələrini tövsiyə etdi.

Sonda uşaqların sualları cavablandırılıb.

 

 

Keçidlər