Nəsimi rayonunda İnsan hüquqları aylığı mövzusunda maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may tarixindən 18 iyun tarixinədək Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunur .Nəsimi rayon Nəsimi Bələdiyyəsində "İnsan hüquq aylığı" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiridə çıxış edən Nəsimi Bələdiyyəsinin sədr müavini Rahib Hacıyev Konstitusiyamızın, insan hüquqları haqqında qanun və qanunverici aktların mahiyyətinin və həyatımızda rolunun, eyni zamanda, dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılmasını vurğulayıb.
Sonra vətəndaşlarda bu sahədə hüquq düşüncəsinin formalaşdırılması məqsədi ilə müxtəlif mövzularda müzakirələr aparılmışdır.