Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində Nəsimi rayonu üzrə tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
Rayon ərazisindəki ünvanlarda İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin iyun ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilmişdir.
Vətəndaşlar əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların təmir olunması, liftin təmir olunması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, navalçaların təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlər barədə müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.