Nəsimi rayonunda kəskin hava şəraiti ilə əlaqədar operativ zəruri tədbirlər həyata keçirilir.
20 fevral tarixindən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində Nəsimi Rayon İcra Hakimiyyəti, rayonun kommunal xidmət sahələri tərəfindən operativ tədbirlər həyata keçirilir. Gecə saatlarından etibarən güclü küləklə müşaiyət olunan qarlı hava şəraiti ilə əlaqədar, ayrılmış xüsusi təyinatlı texnikalardan istifadə edilməklə prospekt, küçə və yollarda təmizlik işlərinə başlanmışdır. Kommunal xidmət sahələrinin əməkdaşları tərəfindən sahələr təmizlənilir, yollara duz səpilir, nəqliyyatın normal hərəkəti təmin edilir. Piyadaların rahat hərəkəti üçün səki və yolların qar və buz qatından təmizlənməsi işləri aparılır.
Kəskin hava şəraiti ilə bağlı zəruri tədbirlərin görülməsi davam etdirilir.