Nəsimi rayonunda kiçik tullantılar üçün nəzərdə tutulmuş yeni kiçik ölçülü tullantı qablarının quraşdırılması işləri həyata keçirilir.
Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.
Rayonun kommunal xidmətləri tərəfindən rayon ərazisində, mərkəzi küçə və prospektlərdə yeni kiçik tullantı qablarının quraşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, rayon ərazisində yararsız vəziyyətə düşmüş kiçik ölçülü tullantı qabları ərazidən çıxarılaraq yeniləri ilə əvəz olunur. Bu istiqamətdə həyata keçirilən işlər davam etməkdədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.