Nəsimi rayonunda Konstitusiya günü ilə əlaqədar “Bərabər haqlar, bərabər imkanlar: Hamı üçün inkişaf” mövzusunda tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə “12 noyabr - Konstitusiya günü” ilə əlaqədar “Bərabər haqlar, bərabər imkanlar: Hamı üçün inkişaf” mövzusunda tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi rayonunun inzibati orqanlarının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayonun ümumtəhsil müəssisələrin rəhbərləri və şagirdləri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edldi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir.
24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumda 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik, 2016-cı ilin sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, Ombudsman Aparatının məsul əməkdaşı Azər İsalı Konstitusiyanın yaranması və əhəmiyyəti barədə məlumat verib.
Daha sonra tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı-ayrı sahələr – müdafiə, hüquq-mühafizə orqanları, daxili və xarici siyasət, təhsil və digər sahələr üzrə referatları dinlənildi .
Şagirdlər xüsusi ilə son 20 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər barədə aidiyyəti üzrə çıxışlar ediblər.
Tədbirdə fəal iştirak edən bir qrup məktəbli təşəkkürnamə ilə təltif edildi.
Tədbir bayram konserti ilə davam etdi.