Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dünya uşaqların gözü ilə” adlı tədbir keçirilib.

05 iyun 2025 | 10:26

Kamera və Orqan Musiqisi zalında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Dünya uşaqların gözü ilə” adlı tədbir keçirilib.

Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva musiqi məktəbinin şagirdlərini və müəllimlərini təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət mədəniyyət siyasəti nəticəsində Azərbaycanda musiqi və incəsənətin inkişafı üçün geniş imkanlar yaradılıb. Qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu musiqi ilə məşğul olan yeniyetmə və gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Fondun təşəbbüsü və dəstəyi ilə gənc istedadların inkişafı, milli musiqi irsimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Məktəbin direktoru Samirə Əliyeva çıxış edərək, kollektivi və valideynlər adından ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya istedadlı uşaq və gənclərə göstərilən dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, məktəbin əldə etdiyi uğurlar dövlətimizin mədəniyyət sahəsinə olan yüksək qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, möhtəşəm konsert proqramına görə uşaqlara və gənclərə təşəkkürlər bidirərək, onlara uğurlar arzulamışlar.

Konsertdə musiqi məktəbinin istedadlı şagirdlərin  klassik və müasir musiqi əsərlərini səsləndiriblər. Gənc ifaçıların çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bu cür tədbirlər bir daha sübut edir ki, Azərbaycanın zəngin musiqi irsi gənc nəslin yaddaşında yaşayır və inkişaf edir.

Keçidlər