Nəsimi rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ” mövzusunda tədbir keçirilib.
Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, məktəbin pedaqoji kollektivi, şəhid ailələri, müharibə əlilləri və şagirdlər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinə tamaşa edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndiridi.
Tədbiri giriş sözü ilə 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova açaraq tədbirin əhəmiyyəti barədə çıxış etdi.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə Tədbirlər Planı hazırlanmış və bu tədbirlər il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif yerlərdə keçiriləcək. Bildirdi ki, bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olundu. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir.
Digər çıxış edənlər bildirilər ki, tədbirin keçirilməsində məqsəd uşaq və gəncləri vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqdır. Həmçinin Müzəffər Azərbaycan Ordusunun gücünü, qətiyyət və iradəsini gənc nəslə təbliğ etmək, zəfər tariximizi uşaqlara daha dərindən öyrətməkdən ibarətdir.
Sonra məktəbin şagirdləri tərəfindən şerlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat yaşatdı.
Sonda xatirə şəkli çəkildi.