Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayonunda "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli dəyərlər və Hüquqlar zirvəsi” mövzusunda maarifləndirici görüş keçirilib.

25 avqust 2025 | 10:42

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına və gənc nəslin maariflənməsinə yönələn tədbirlər davam edir. Tədbirin əsas məqsədi gənc nəslin milli-mənəvi dəyərlərə hörmətini artırmaq, onları öz hüquq və vəzifələri barədə məlumatlandırmaq və vətəndaşlıq şüurunu gücləndirməkdən ibarətdir.

Nəsimi rayonunda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli dəyərlər və Hüquqlar zirvəsi” adlı genişmiqyaslı maarifləndirici görüş keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Polis İdarəsinin və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin məsul əməkdaşları, təhsil müəssisələrinin əməkdaşları , gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına və gənc nəslə göstərdiyi davamlı diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycanın gələcəyi məhz bugünkü gənclərin milli dəyərlərə sadiqliyindən, bilik və bacarıqlarından asılıdır. Həmçinin, o, gəncləri Konstitusiyanın təmin etdiyi hüquqlardan səmərəli istifadə etməyə və ölkənin suverenliyinin qorunmasında fəal iştirak etməyə səsləyib.

Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işinin təşkili bölməsinin inspektoru, Ailə,Qadın və Uşaq problemləri  üzrə Dövlət Komitəsinin əməkdaşı  Könül  xanım, polis mayoru Yeganə Zeynalova və  çıxış edərək uşaq və gənclərin hüquqlarının müdafiəsi, sağlam cəmiyyətin formalaşmasında ailə dəyərlərinin rolu, gənclərin intellektual inkişafının vacibliyi barədə geniş məlumat veriblər.

Rəsmi hissədən sonra tədbir diskussiya şəklində davam edib. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu interaktiv sessiya gənclərin maariflənməsinə və öz düşüncələrini sərbəst şəkildə ifadə etməsinə şərait yaradıb.

Görüşün sonunda iştirakçılar təşkilatçılara belə bir vacib və aktual mövzuda tədbir keçirdiklərinə görə təşəkkürlərini bildiriblər. Tədbir, gənclərin maariflənməsində, onların ölkə həyatında daha aktiv rol oynamasında mühüm bir addım olaraq dəyərləndi.

Keçidlər