Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər davam edir
20 mart 2025 | 11:58
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Novruz bayramı və Ramazan ayı münasibətilə xeyriyyəçilik aksiyaları çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinə, qazilərə, müharibə veteranlarına və digər təbəqədən olan aztəminatlı ailələrə bayram sovqatları çatdırılmışdır.