Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren vətənimizin şücaət rəmzləri” adlı tədbir keçirilib.
Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren vətənimizin şücaət rəmzləri” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı Regional bölməsinin məsul əməkdaşları, məktəbin pedaqoji işçiləri, valideynlər, müharibə veteranları, əlilləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Əzizə Abasova tədbirin əhəmiyyətindən danışıb.
Digər çıxış edənlər bildirdilər ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Vurğulanıb ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Sonda şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib, həmçinin səhnəcik təqdim olunub.