Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” İli çərçivəsində “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə “Hüquqda güclü, suverinlikdə Azad qadınlar” adlı tədbir keçirilib.

07 mart 2025 | 15:25

Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının  birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” İli çərçivəsində “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə “Hüquqda güclü, suverinlikdə Azad qadınlar” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, YAP Nəsimi rayon təşkilatının rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, hüquq mühafizə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri iştirak ediblər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov bayram münasibəti ilə tədbirdə iştirak edən qadınları təbrik edərək bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda dövlət qadın siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qeyd olundu ki, azərbaycan qadınları tarixin bütün dönəmlərində cəmiyyətimizin mənəvi dayağı olmuş, çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin layiqincə qorunub saxlanılmasında analarımızın misilsiz xidməti vardır. Bildirilmişdir ki,  Azərbaycan qadınları daim vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə səmərəli fəaliyyət göstərmiş, sosial, iqtisadi və mədəni inkişafımızda mühim naliyyətlər əldə etmişlər.

Daha sonra çıxış edən millət vəkili Məlahət İbrahimqızı bütün rayon qadınlarını bayram münasibəti ilə ürəkdən təbrik edib və nəzərə çatdırıb ki, bu gün Azərbaycan qadını öz gücü, zəkası, humanizimliyi, beynalxalq nüfuzdakı nailiyyətləri ilə seçilən qalib xalqın aparıcı qüvvəsidir.

Çıxış edən Nəsimi rayonunun şəhid anaları onlara yaradılan yüksək şəraitə görə ölkə başcısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına  hədiyyələr  təqdim olunub, tədbir bədii hissə ilə davam etdirilib.

Keçidlər