Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Mənim Vətənim, Azərbaycan!” adlı tədbiri keçirilib.

30 aprel 2025 | 10:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi elan olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin təşəbbüsü ilə “Mənim Vətənim, Azərbaycan!” adlı tədbiri keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdənkənar fəaliyyətinin təşkili” sektorunun  müdiri Günay Qurbanova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, rayonunun ümumtəhsil müəssisələrinin rəhbərləri və  şagirdləri iştirak ediblər.

Əvvəlcə Nəsimi Rayon İcra Hakimiyyətinin foyesində ölkəmizin 9 bölgəsini əhatə edən guşələr, hər bölgəyə dair rəsm əsərləri, abidə maketləri, mədəni simvollar, meyvə və məhsullar təşkil olunmuşdur.

Sonra  ölkəmizin dilbər güşələrinə həsr olunmuş videoçarxa tamaşa edildi.

Tədbirin  bədii hissəsində  dərnək üzvləri  vokal və rəqs qrupları ilə  çıxış etdilər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Keçidlər