Nəsimi rayonunda küçə ticarətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
10 iyul 2023 | 10:19
Nəsimi rayonunda rayonun sanitar təmizliyinin qorunub saxlanılması, rayon ərazisində abadlıq işlərinin davam etdirilməsi, küçə ticarətinin və qanunsuz tikintinin qarşısının alınması istiqamətində aparılan işlər daim nəzarətdə saxlanılır.
Aparılan işlərin operativliyinin təmin olunması üçün aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yaradılmış monitorinq qrupları tərəfindən yerlərdə maarifləndirmə işləri aparılır, küçə ticarətinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlər həyata keçirilir.