Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda küçə və prospektlər qardan təmizlənib.

09 yanvar 2023 | 10:45

Bu gün gecə saatlarından etibarən qarın yağması ilə əlaqədar  yolların, küçələrin qar və buzla örtülməməsi üçün, nəqliyyatın və piyadaların hərəkətində çətinliklərin  yaranmaması üçün Nəsimi rayonunun kommunal strukturları və aidiyyəti qurumları xüsusi gücləndirilmiş iş rejimində  fəaliyyətə başlamışdırlar.  Bununla əlaqədar yağan qarın küçə, prospektlərdən  və piyada səkilərindən, avtobus dayanacaqlarından, metro stansiyalarının qarşısından təmizlənməsi işləri aparılmışdır.

Eyni zamanda şaxtalı hava şəraitində qarın təmizlənməsi üçün xüsusi təyinatlı texnika vasitələri ilə   yollara duz və kimyəvi maddələrin səpilməsi işləri də həyata keçirilmişdir.

Təmizləmə işləri rayon ərazisində məhəllədaxili yollarda, idarə, müəssisə və ticarət obyektlərinin qarşısında  da aparılmışdır. Bu istiqamətdə işlər davam etməkdədir.

Keçidlər