Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda küçə və prospektlər xüsusi texniki vasitələrin köməyi ilə qardan təmizlənib.

14 yanvar 2024 | 14:18

Bu gün gecə saatlarından etibarən qarın yağması ilə əlaqədar  yolların, küçələrin qar və buzdan təmizlənməsi üçün, nəqliyyatın və piyadaların hərəkətində çətinliklərin  yaranmaması üçün Nəsimi rayonunun kommunal strukturları və aidiyyəti qurumları xüsusi gücləndirilmiş iş rejimində  fəaliyyətə başlamışdırlar.  Bununla əlaqədar yağan qarın küçə, prospektlərdən  və piyada səkilərindən, avtobus dayanacaqlarından, metro stansiyalarının qarşısından təmizlənməsi işləri aparılmışdır.

Eyni zamanda şaxtalı hava şəraitində qarın təmizlənməsi üçün xüsusi təyinatlı texnika vasitələr ilə   yollara duz və kimyəvi maddələrin səpilməsi işləri də həyata keçirilmişdir.

Təmizləmə işləri rayon ərazisində məhəllədaxili yollarda, idarə, müəssisə və ticarət obyektlərinin qarşısında  da aparılmışdır. Təhlükəsizlik tədbirləri davam etdirilir.

Keçidlər