Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda küçələrdə yeni işıq dirəklərinin quraşdırılması işləri davam edir.

06 may 2023 | 10:44

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yolların, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun küçə və prospektlərinin işıqlandırılması daim diqqət mərkəzindədir.

Belə ki, əsaslı təmir aparılan küçələrdə və yaşayış massivlərində istismar müddəti bitən və şəhərin ümumi görünüşünə xələl gətirən işıq dirəkləri müasir formalı dirəklərlə əvəzlənir.

Rayonun Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin işıqlandırılması üçün yeni işıqlandırma dirəkləri qoyulub və bu istiqamətdə digər ünvanlarda da işlər davam etməkdədir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər