Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Mehbalı Zeynalabdıyev küçəsinə yeni küçə lövhələri vuruldu.

02 noyabr 2023 | 09:50

Mehbalı Məhərrəm oğlu Zeynalabdıyev (1974-cü ilin 27 mayında doğulmuşdur) orta təhsilini Bakıdakı Nəsimi rayonu  9 saylı orta məktəbdə başa vumuşdur. O, 1992-ci ilin iyun ayında cəbhəyə yollanmışdır. İlk döyüşləri Laçında olmuş, sonralar isə döyüş yoldaşları ilə birlikdə Gəray, Filman, Pircahan, Mollalar, Qoqaz, Sus, Soyuqbulaq kəndləri uğrunda vuruşmuşdur. Özünün cəsurluğu, şücaəti ilə əsgər və zabitlərin dərin hörmətini qazanmışdır.

1993-cü ilin aprelində Murov dağındakı döyüşlərdə fərqlənərək, Kəlbəcər uğrunda yenidən başlanan döyüşlərdə kəşfiyyat tağımı komandirinin müavini olmuş və xüsusi şücaət göstərmişdir.

Döyüşlərdə qəhrəmancasına iştirak edən cəsur komandir Mehbalı Məhərrəm oğlu Zeynalabdıyev yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə baş çavuş Zeynalabdıyev Mehbalı Məhərrəm oğlu ölümündən sonra "Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Nəsimi rayonunun inzibati ərazisində  yerləşən küçəyə şəhidiin  adı verilmişdir.  Bütün Respublika ərazisində olduğu kimi Nəsimi rayonunda da şəhid ailələri və qazilərə daima diqqət və qayğı göstərilir.

Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün rayon ərazisində də bir sıra işlər aparılır və tədbirlər keçirilir. Qeyd edək ki, Zeynalabdıyev Mehbalı Məhərrəm oğlunun adı verilmiş küçəyə şəhidin adı olan lövhələr quraşdırılmışdır.

Keçidlər