Nəsimi rayonunda məhəllədaxili yollarda asfalt işləri davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Natiq Şahbazov küçəsi 36 ünvanında yaşayan bir qrup sakin Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi Bələdiyyəsinə müraciət edərək yaşadıqları binanın qarşısında yararsız vəziyyətə düşmüş məhəllədaxili yola asfalt örtüyünün vurulmasını xahiş etmişlər.
Sakinlərin müraciətləri nəzərə alınaraq qeyd olunan ünvanda asfaltlaşma işlərinə başlanılıb. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında da, başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.