Nəsimi rayonunda məişət tullantıları üçün nəzərdə tutulmuş yeni konteynerlərin quraşdırılması işləri həyata keçirilir.
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yarasız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Rayonun kommunal xidmətləri tərəfindən rayon ərazisində, mərkəzi küçə və prospektlərdə, avtobus dayanacaqlarında, əhalinin sıx hərəkəti olan yerlərdə, metro stansiyalarının çıxışlarında yeni kiçik tullantı qablarının və iri ölçüdə olan tullantı konteynerlərinin quraşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, rayon ərazisində yararsız vəziyyətə düşmüş kiçik ölçülü tullantı qabları və iri ölçüdə olan tullantı konteynerləri ərazidən çıxarılaraq yeniləri ilə əvəz olunur. Bu istiqamətdə həyata keçirilən işlər davam etməkdədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.