Nəsimi rayonunda “Məişət zorakılğı ilə mübarizə üçün birləşək” mövzusunda işçi qrupunun görüşü.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Gender zorakılığ və uşaqlara qarşı zorakılq üzrə Monitorinq Qrupunun rəhbəri Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında rayon İcra Hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə məlumat verib. Eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər – Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Hüseyn Əliyev və Zivər Əliyeva ailə və cəmiyyətdə qadınların rolundan danışmış və qeyd olunmuşdur ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir.
Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin inspektoru, polis kapitanı Yeganə Zeynalova çıxışı zamanı ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, erkən və məcburi nikahlar barədə ətraflı məlumat verib.
Sonda məişət zorakılığı ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.