Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib.

26 oktyabr 2022 | 10:34

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin konfrans zalında baş tutan görüşdə Nəsimi RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin üzvləri və rayon gəncləri  iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb. Bildirildi ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edib. Daim zorakılığa məruz qalmaq insanın fiziki və psixoloji sağlamlığı üçün mənfi təsir göstərərək, sonunda cinayət, intihar hallarına gətirib çıxarır.

Mövzunun aktuallığını qeyd edərən “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə məişət zorakılığı hadisələrinin hüquqi müstəvidə izahatını verib və yaratdığı məsuliyyət halları haqqında məlumatı çatdırıb.

Layihənin eksperti Afaq Əsgərova ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbir iştirakçıları mövzu üzrə fikirlərini söyləyib, interaktiv müzakirələr aparılıb və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilib.

Keçidlər