Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Məişət zorakılığının uşaqlar üzərindəki təsiri” adlı tədbir keçirilib.

30 oktyabr 2023 | 10:40

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə “Məişət zorakılığının uşaqlar üzərindəki təsiri” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, polis bölməsinin əməkdaşları, Nəsimi Bələdiyyəsinin nümayəndələri, sahə həkimləri məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib. 

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2307 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili” barədə 12.4.2-ci yarımbəndinin icrası ilə bağlı rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu mütəmadi olaraq məişət zorakılığından zərər çəkmiş şəxslər üçün fəaliyyət göstərən yardım mərkəzləri ilə əməkdaşlıq edir. Zorakılıq insana psixoloji, sosial, iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərbənin vurulmasından ibarət olan nəzarət və əziyyət vasitəsidir. Son zamanlar məişət zorakılığı cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsləyə çevrilmişdir. Bu hal dünya miqyaslı bir bəla kimi hesab edilir. Ailə daxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi müasir dövrün mühüm məsələlərindəndir. Ailədə zorakılıq prosessində tərəflərarası bərabərliyə imkan yaranmır. Zorakılığı törədən tərəf fiziki güc, iqtisadı imkanlar və sosial statusundan zərər çəkən tərəfə nəzarət məqsədi ilə istifadə edir. Ailədaxili zorakılığından zərər çəkmiş şəxsin davamlı sarsıdan çıxılmaz zəncirdir ki, təkrarlandıqca yeni elementləri özünə cəlb edir və insan qarşısında seçim imkanlarını məhdudlaşdırır. Bu məhdudlaşdırma birbaşa insan hüquqlarının pozuntusu ilə müşahidə edilir.

Sonra Nəsimi rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanların profilaktiki işin təşkili bölməsinin əməkdaşı,  polis mayoru Yeganə Zeynalova bildirdi ki, zorakılıq irqindən, təhsil səviyyəsindən, əhatə edən cəmiyyətdən asılı olmayaraq, istənilən ictimai—iqtisadı təbəqədən olan ailələrdə müşahidə edilir. İlk növbədə məişət zorakılığı qanunvericilikdə qanuna zidd əməl kimi göstərilərək, onun törədilməsinə görə hüquqi məsuliyyət nəzərdə tutulmalıdır. Zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi və ailə münasibətlərinin pozulmasından əvvəl, həmin şəxs zərər verdiyi şəxsdən təcrid olunaraq, onunla tərbiyəvi xarakterli iş aparılmalıdır. Digər tərəfdən isə zərər çəkmiş şəxs üçün sosial mühafizə mühiti yaradılmalıdır. Müasir dövrdə artıq məişət zorakılığı ilə mübarizə sahəsində universal tövsiyələr, normativ aktlar, konvensiyalar və digər beynəlxalq sənədlər hazırlanıb. Məişət zorakılığı ilə mübarizənin digər aspekti zərər çəkmiş şəxsə göstərilən sosial yardımla bağlıdır. Zorakılıq faktı baş verdikıdə dövlət zərər çəkmiş şəxsə sığınacaqdan istifadə imkanı yaratmalıdır. Məişət zorakılığı törədiləndən dərhal sonra zərər çəkmiş şəxsin həyatı və sağlamlığına real təhlükə yaranır. Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial-psixoloji xidmətlərin göstərilməsinin əsas məqsədi onlara yenidən özlərinə inam qazandırmağa və həyatlarına hakimlik etməyə kömək etməkdir. Zərər çəkmiş şəxsin çəkdiyi əzabı azaltmaq, təkliyinin və sosial münasibətlərdən qaçmaq kimi davranışlarının qarşısını almaq, fiziki sağlamlığını yaxşılaşdırmaq, həm cəmiyyət, həm də ailə daxilində inteqrasiya ola bilmələrinə yardım etmək kimi xidmətlər sosial-psixoloji yardımın tərkib hissəsi ola bilər. Sosial-psixoloji yardım prosesinin bütün mərhələləində zərər çəkmiş şəxsin şəxsi həyat sirri və konifidensiallığı onun təhlükəsizliyindən sonra gəlir. Bu yardımları göstərmək üçün ölkədə bir neçə bölgələr üzrə intervensiya mərkəzləri, yardım mərkəzləri və sığınacaqlar yaradılmalıdır. Zərər çəkmiş şəxslərin bu cür mərkəzlərə müraciət etmələri məqsədilə Qaynar xəttlərin yaradılması zəruridir.

Nəsimi Bələdiyyəsi “Gənclər, gender və layihələr” şöbəsinin psixoloqu Nabat Mirzəyeva qeyd etdi ki, zorakılığa məruz qalmış şəxsin xüsusi mühafizə olunan şəraitdə saxlanılmalıdır. Bu halda zərər çəkmiş şəxsə sosial yardımın göstərilməsi əsas məsələdir və bu məsələyə yanaşma fərdi olmalıdır. Yardım mərkəzində zərər çəkmiş şəxsin müəyyən edilməsi, qiymətləndirmə, sosial-psixoloji yardımın göstərilməsi, məişət zorakılığı hadisəsinin sənədləşdirilməsi, istiqamətləndirmə və ya zorakılıq hadisəsinin əlaqələndirilməsi prosesi fərdi iş plana uyğun aparılmalıdır. Zərər çəkmiş şəxsin həyatına və ya toxunulmazlığına təhlükə yaradan tibbi ehtiyacların təmin edilməsinə üstünlük verilməlidir.

1 saylı uşaq poliklinikasının həkim-terapevti İlhamə Rəsulova bildirdi ki, zorakılıqdan zərər çəkmiş şəxsə yardım göstərilən zaman mədəni, dini və digər xüsusiyyətləri nəzərə alaraq, tərcüməçi, mədəni vasitəçi kimi mütəxəssisləri də işə cəlb etmək faydalı olardı. Buraya ölkədə yaşayan ayrı-ayrı etnik qrupların nümayəndələrinin reabilitasiya prosesini aid etmək olar. Onlardan həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin reabilitasiyası zamanı da istifadə olunması əhəmiyyətlidir. Onlarla iş zamanı bir sıra xüsusi bacarıqlar, əsasən də dil bilgisi vacibdir. Onlar zərər çəkmiş şəxsin yaşama mühiti haqqında lazımi biliklərə malik olurlar ki, bu da həmin şəxslərə münasibətdə qeyri-peşəkar hərəkətlərdən yayınmağa yardımçı olur. Zərər çəkmiş şəxsi ilk xidmət göstərən qurum olub-olmamasından asılı olmayaraq digər qurumlara yönəldə bilməlidir. İstiqamətləndirmə sisteminin effektiv işləməsi üçün təşkilat və qurumlar, xüsusi xidmət müəssisələri barədə təfərrüratların və əlaqə məlumatlarının sistemləşdirilməsi, həmçinin müvafiq qurumlar arasında yayılması zəruridir.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

 

Keçidlər