Nəsimi rayonunda “Mənim rəngarəng dünyam” mövzusunda “Çıxdı günəş, doldu cahan nur ilə” adlı II Respublika uşaq yaradıcılıq festival-müsabiqəsi keçirilib.
Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qaleriyasında “Mənim rəngarəng dünyam” mövzusunda “Çıxdı günəş, doldu cahan nur ilə” adlı II Respublika uşaq yaradıcılıq festival-müsabiqəsinin, 2022-2023-cü tədris ilində festival müsabiqələrdə fəallıq göstərən dərnək üzvlərinin təltifetmə mərasiminin və sağlamlıq imkanları məhdud uşaqların satış sərgisi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd gənc nəslin istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası olunmasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaqdır.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin nümayəndəsi Maral Salmanova, Azərbaycan Respublikasının xalq rəssamı, Rəssamlar ittifaqının dekorativ tətbiqi sənət bölməsinin müdir xalçaçı rəssam Aydın Rəcəbov, Xalq artisti, professor, pedoqoq Ağaverdi Paşayev, Əməkdar rəssam, professor-Məmmədhüseyn Hüseynov, Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları müsabiqənin qalibləri, valideynlər və mərkəz əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə səsləndirilmiş, sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların ifaların şer, mahnılar səsləndirildi.
Tədbirdə dərnək üzvlərinin iştirakı ilə yaz-yay kolleksiyasının geyimləri nümayiş edilib.
Tədbirin sonunda II Respublika uşaq yaradıcılıq festival-müsabiqəsində fəallıq göstərən dərnək üzvlərinə diplomlar və hədiyyələr verilib. Xatirə şəkili çəkilib.