Nəsimi rayonunda “Mənim şanlı bayrağım” adlı tədbir keçirildi.
Nəsimi rayonu Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Mənim şanlı bayrağım” adlı tədbir keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, eTwinning Plus layihəsinin Azərbaycan üzrə baş koordinatoru Fidan Nəcəfova, eTwinning Plus layihəsinin Azərbaycan üzrə səfiri Mətanət Əhədova, məktəbin məzunu olmuş şəhid Akif Abdullayevin həyat yoldaşı Gülnarə xanım, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancan hərbi qulluqçumuz, polkovnik-leytenant Rauf Musayev, Vətən müharibəsi qazisi, polkovnik-leytenant Bəxtiyar Təşəroğlu Vətən müharibəsi qazisi Bayram Osmanov, Qarabağ müharibəsi iştirakçısı, ilk snayper qadın Növrəstə Yusifova, 2-ci dərəcəli Qarabağ Qazisi, ehtiyatda olan zabit, Kəşfiyyatçı qadın Xanımzər Həsənova, məktəbin vətən müharibəsində iştirak etmiş məzunları, məktəbin müəllim-şagird-valideyn heyəti iştiak edirdi.
İlk öncə şagirdlərin “Mənim şanlı bayrağım” mövzusunda hazırladıqları rəsm və əl işlərindən təşkil edilmiş sərginin açılışı oldu, qonaqlar tərəfindən sərgiyə baxış keçirildi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında qürur mənbəyimiz olan Dövlət bayrağına həsr edilmiş şeir və musiqi kompozisiyaları, rəqslər təqdim olundu.
Rəsmi hissədə qonaqlar yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulandılar.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.