Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Milli Qurtuluş günü ilə bağlı silsilə tədbirlər davam edir.

16 iyun 2023 | 09:31

Nəsimi rayonu 22 saylı körpələr evi-uşaq bağçasında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun məktəbəqədər müəssisələrinin rəhbərləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra uşaqların ifasında  Ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şerlər səsləndirilmiş və müxtəlif rəqslər nümayiş olunmuşdur.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-souasi və humanitar şöbəsinin baş məsləhətçisi Emin Hüseynov çıxış edərək bildirdi ki,  bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Sonra çıxış edənlər Nəsimi rayonu 108 nömrəli uşaq bağçasının müdiri Elradə Babayeva və digərləri uşaqları Milli Qurtuluş günü münasibətilə təbrik etmiş və onlara xoş arzularını çatdırıblar.

Keçidlər