Nəsimi rayonunda Müqəddəs Ramazan bayramı münasibətilə ”Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirilib.
Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə İmperial şadlıq sarayında “Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirldi və iftar süfrəsi təşkil edildi. Tədbirdə rayon rəhbərliyi, Millət vəkilləri, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayon ağsaqqalları, rayon ictimaiyyəti, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, Vətən Müharibəsi Şəhid ailələri, qaziləri, 20 Yanvar və Çernobıl əlilləri iştirak edirdilər.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığını nümayiş etdirir.
Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.
RİH başçısı Asif Əsgərov qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıdı. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını təbrik edərək, onlara bu müqəddəs bayram günü münasibəti ilə xoş arzularını çatdırıb.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Bayram ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı adından rayon ərazisində yaşayan 200 şəhid və qazi ailəsinə, həmçinin 1000 nəfərə yaxın aztəminatlı ailələrə bayram sovqatları çatdırılıldı.