Nəsimi rayonunda Mustafa Kamal Atatürkün anma günü, Gənclik və İdman bayramı keçirilib.
Nəsimi rayonunda yerləşən Bakı Türk Anadolu Liseyində Mustafa Kamal Atatürkün anma günü, Gənclik və İdman bayramı keçirilib.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin rəhbərləri , liseyin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib.
Tədbirdə şagirdlərin hazırladıqları şer, mahnı və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı xüsusi vurğuladı ki, Atatürkün anma, Gənclik və İdman Bayramı hər il 19 may tarixində qeyd olunur. Diplomat çıxışında bu tarixi günün əhəmiyyətindən danışdı.
Tədbirin sonunda il ərzində yüksək nəticələr göstərən bir qrup şagirdə diplomlar və hədiyyələr təqdim olundu.