Nəsimi rayonunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Qızlar Universitetində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş birgə tədbir keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Qızlar Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Qızlar Universitetinin təsisçisi, professor Ağarəhim Rəhimov iştirakçıları salamlayaraq Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ətraflı məlumat verib. Bildirib ki, müstəqilliyi bərpa etdikdən sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşmiş və Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, bu gün ölkəmizdə Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunlarının getdikcə möhkəmləndiyini nəzərə çatdırıb. Bildirib ki, Müstəqilliyin Bərpası Gününü xalqımız ərazi bütövlüyümüzə qovuşmuş qalib xalq kimi bayram edir və bu tarixi ədalət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, əsgərlərin yüksək peşəkarlığı, fədakarlığı sayəsində əldə edildi.
Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova nəzərə çatdırıb ki, 1993-cü ildə xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı.
Digər çıxış edənlər Bakı Qızlar Universiteti Tarix kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Sənan Hüseynov öz çıxışlarında bu bayramın əhəmiyyəti, missiyasi və tarixi həqiqətləri barəsində ətraflı məlumat veriblər.
Sonda tələbələrin ifasında şeirlər, mahnılar və bədii kompozisyalar nümayiş etdirilib və xatirə şəkilləri çəkilib.