Nəsimi rayonunda Nəsimi RİH Başçısı yanında İctimai Şuranın “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” üzvlərinin iştirakı ilə iclası keçirilib.
Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana‐ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar.Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyur.
Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclası keçirilib.
Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın, Nəsimi Bələdiyyəsinin, Nəsimi RİH Başçısının Sahə İƏD üzrə nümayəndəliyində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon gəncləri iştirak ediblər.
İclası giriş sözü ilə İctima Şuranın sədri Elnur Rəhimov açaraq insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb.
İctimai Şuranın sədr müavini Elton Süleymanov bildirildi ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edib. Daim zorakılığa məruz qalmaq insanın fiziki və psixoloji sağlamlığı üçün mənfi təsir göstərərək, sonunda cinayət, intihar hallarına gətirib çıxarır.
İşçi qrupunun sədri İmamverdi Həmidov çıxış edərək məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı.
Sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qrupunun üzvləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verdilər.
İclasda gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.