Nəsimi rayonunda növbəti asfaltlaşma işi başa çatdı.
23 iyul 2022 | 11:06
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun Cəlil Məmmədquluzadə küçəsindən Bakıxanov küçəsi ilə kəsişmədən Salatın Əsgərova küçəsinin kəsişməsinə qədər olan məsafədə yeraltı su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunub, yolun əsaslı təmiri işləri başa çatdırılıb, yola yeni asfalt örtüyü vurulub.
Eyni zamanda yeni bardurlar qoyulub, piyadaların rahat hərəkəti üçün piyada səkiləri yaradılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.