Nəsimi rayonunda növbəti asfaltlaşma işi başa çatıb.
11 iyun 2022 | 15:23
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun Mustafa Topçubaşov küçəsi, Akademik Mirqasımov küçəsi ilə kəsişmədən Vaqif prospekti ilə kəsişməsinə qədər olan məsafədə yeraltı su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunub, yola yeni asfalt örtüyü vurulub.
Piyadaların rahat hərəkəti üçün səkilərdə təmir-bərpa işləri aparılıb, bardürlər qoyulub, yeni tamet daşları vurulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.