Nəsimi rayonunda növbəti asfaltlaşma işi başa çatıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu Azadlıq prospekti, Koveroçkin küçəsi ilə Dağıstan küçəsinin kəsişməsinə qədər yolda əsaslı təmir işləri aparılıb.
Bu ünvanda asfalt örtüyü yararsız vəziyyətdə olduğundan qazılaraq təmizlənmiş eyni zamanda əsaslı təmir işləri aparılmış, yeni asfalt örtüyü vurularaq, yol xətləri və piyadaların rahat hərəkəti üçün zolaqlar çəkilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , yol infrastruktur işləri davam etdirilir.