Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti iməcilik keçirildi.

25 fevral 2023 | 11:03

İməcilik zamanı prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, işıqforların, reklam lövhələrinin, yol kənarındakı məhəccərlərin yuyulması, park və istirahət yerlərində abidələrin, ətraf yaşıllıqların, oturacaqların təmizlənməsi işləri həyata keçirilmişdir.

Keçirilən iməcilikdə parklarda, abad həyətlərdə, xiyabanlarda mövsümi budanma və alaq otlarının təmizlənməsi işləri aparılıb. Küçələr boyunca magistral yol və prospektlərin kənarları yuyularaq təmizlənib, eyni zamanda məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında da ümumi sanitar təmizlik işləri görülüb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər