Nəsimi rayonunda növbəti iməcilik keçirildi.
Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilməsi ilə paytaxtımıza çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi, eyni zamanda paytaxt sakinlərinin kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.
Rayon ərazisində geniş miqyaslı iməcilik və sanitar-gigiyenik vəziyyəti, pandemiyanı ciddi nəzarətdə saxlamaqla yanaşı, mütamadi olaraq kompleks tədbirlər və dezinfeksiya işləri aparılmışdır.
Keçirilən iməcilik zamanı royonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri yuyularaq təmizlənmişdi.
Tariximizin təcəssümü olan abidələr turizm baxımından ən böyük əhəmiyyət daşıyır, və onların qorunması daim diqqət mərkəzindədir. Qeyd edək ki, iməcilik zamanı rayon ərazisində parklarda və bağlarda yerləşən heykəllər, abidələr yuyularaq təmizlənmiş, ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.