Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti iməcilik keçirildi.

16 dekabr 2023 | 11:26

Bakı şəhərində müxtəlif  tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər yuyularaq təmizlənmişdir. Mövsümlə əlaqədar olaraq parklarda, abad həyətlərdə ağacların yarpaqları təmizlənmiş, mövsümi güllər əkilmiş, yeni qazon örtükləri salınmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Eyni zamanda urnalar, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər