Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti iməcilik keçirildi.

27 iyul 2024 | 11:10

Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı tədbirlər  keçirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsinə hazırlıq və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.

Eyni zamanda rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması üçün mütəmadi işlər aparılır.

Belə ki, rayon ərazisində növbəti iməcilik keçirildi. İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmışdır. Parklarda, rayonun prospekt və küçələrində yollarda, dayanacaqlarda bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, sanitar-təmizlik işləri aparılmışdır.  

Keçidlər