Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti iməcilik keçirildi.

14 yanvar 2023 | 11:01

İməcilik zamanı prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, işıqforların, reklam lövhələrinin, yol kənarındakı məhəccərlərin yuyulması, park və istirahət yerlərində ümumi istifadə olunan urnaların, yaşıllıqların, oturacaqların, uşaq oyun elementlərinin təmizlənməsi həyata keçirildi.

Eyni zamanda iməcilikdə yağışdan və küləkdən sonra parklarda, abad həyətlərdə, xiyabanlarda təmizlik işləri aparılıb, yaranmış problemlər aradan qaldırılıb. Küçələr boyunca yerləşən yağış suları axıdan kürəbəndlər və magistral yol və prospektlərin kənarları təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülüb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər