Nəsimi rayonunda növbəti iməcilik keçirilib, sanitar təmizlik işləri aparılıb.
Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi ilə əlaqədar çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi. İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ olunmasından ibarətdir.
Qeyd edək ki, yeni-yeni yaşıllıq zonaları yaradılması, qulluq göstərilməsi, istirahət parklarının salınması, yeni ağacların əkilməsi, eyni zamanda abadlıq quruculuq işlərinin aparılması, dezinfeksiya və sanitar təmizlik işlərinin görülməsi Nəsimi rayonunda mütəmadi olaraq davam etdirilir.
Ənənəvi olaraq bu gün də Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib. İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənmişdir, yaşıllıqlara qulluq göstərilmiş, ağaclar budanılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.