Nəsimi rayonunda növbəti iməcilik keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Bakı şəhəri Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilib.
İməcilikdə rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
İməcilik zamanı prospekt və küçələrdə səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, həyətlərdə meydançalar, uşaq əyləncə elementləri və idman qurğuları, məişət tullantıları konteynerlərinin ətrafı yuyulularaq təmizlənmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri mərhələli şəkildə hər şənbə günü davam etdiriləcək.